ELM VƏ TƏHSİL


Bakıda Sorbonna Universitetinin Abu-Dabi filialının təlimləri davam edir

Bakı, 14 sentyabr, AZƏRTAC 

Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Fransanın Sorbonna Universitetinin Abu-Dabi filialının birgə təşkilatçılığı ilə sentyabrın 11-dən başlayan təlimlər davam edir. Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.

Təlimdə Sorbonna Universitetinin professoru Florent Pratlong bu gün də AzMİU-nun 80 müəllimi üçün “Universitet sistemində interaktiv təhsil” mövzusunda mühazirə oxuyub. O, mühazirəsində ali təhsil ocaqlarında müasir təlim metodlarının tətbiqi, idarəetmə yolları, təhsildə keyfiyyətə nəzarət və bu kimi məsələlərə toxunub.

Təlimdə, həmçinin tanınmış psixoloq Həlimə Qəmərlinskaya AzMİU-nun müəllimləri üçün mühazirə oxuyub.

Təlimlər yekunlaşmaq üzrədir. Sentyabrın 15-də təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.