CƏMİYYƏT


Bakıda “Şuşa İli”nə həsr olunmuş “Şuşa-mədəni irsimiz” adlı intellektual yarış keçirilib

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), ADA məktəbi, Uşaq Səfirlər Məclisi və ADA-nın Tələbə Şurasının birgə təşkilatçılığı ilə ADA məktəbində “Şuşa İli”nə həsr olunmuş “Şuşa-mədəni irsimiz” adlı intellektual yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, komitənin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal və digərləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Şuşa şəhəri ilə bağlı videoçarx nümayiş olunub.

İştirakçıların çıxışlarından sonra intellektual yarışa start verilib. Yarışda komandalara Şuşa şəhərinin tarixi, mədəni irsi ilə bağlı suallar ünvanlanıb.

Qaliblər müəyyən olunduqdan sonra yarış iştirakçılarına sertifikatlar, birinci yeri tutan komandaya isə kubok təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.