ORDU
Bakıda “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 25-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən keçirilən kurs ərzində “Sülhü dəstəkləmə hərəkatı”, “Hərbi mülki iş birliyinin təsviri və inkişafı”, “Hərbi mülki iş birliyinə kompleks yanaşma”, “Sülhü dəstəkləmə əməliyyatlarında mülki təşkilatlar”, “Münaqişələr zamanı mülki əhalinin qorunması” və digər mövzulara dair mühazirələr oxunacaq, işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.
Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs sentyabrın 29-dək davam edəcək.