MƏDƏNİYYƏT


Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 25- də Nizami Kino Mərkəzində beşinci “Türk filmləri həftəsi” keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.

Açılış mərasimində Türkiyənin tanınmış hökumət və dövlət üzvləri ilə yanaşı, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar və ekran əsərinin aktyorları Yeliz Kuvancı ve Nisa SofiyaAksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak edəcək.

Həmin gün qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxacaqlar.

Qeyd edək ki, həftə ərzində noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Annem” və “Çakallarla dans-5”, noyabrın 28-də “Çakallarla dans - 5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem” bədii filmləri təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.