MƏDƏNİYYƏT


Bakıda Türkiyə sağlamlıq turizmi sərgisi açılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakıda "Azerbaijan HealthCare & Services Expo 2021” şirkətlərinin təşkilatçılığı ilə Türkiyə həkimlərinin və eləcə də qardaş ölkənin öndə olan səhiyyə ocaqlarının nümayəndələri bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Türkiyənin 10-dan artıq sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan şirkəti məhsullarını nümayiş etdirib.

Tədbirin məqsədi Türkiyə ilə Azərbaycan arasında sağlamlıq sektorunu gücləndirmək, bu sahədə qardaş ölkənin ən son texnologiyalarını və müalicə metodlarını Azərbaycan xalqına və peşəkarlara çatdırmaqdır.

Sərgini ziyarət edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev mətbuata açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan sağlıq turizmi təmsilçiləri arasında çox yaxın əməkdaşlıq mövcuddur. Lakin pandemiya ilə bağlı bu əlaqələr son vaxtlar bir qədər zəifləyib: “Bu tədbiri əlaqələrimizin yenidən güclənməsi və əvvəlki səviyyəyə qalxması baxımından yüksək qiymətləndirirəm. Bu bir startdır. Bundan sonra qarşılıqlı səfərlərin, daha geniş auditoriyada hər iki ölkənin sağlıq turizmi imkanlarının təbliği məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İnşallah, gələn il Bakıda bu sahədə böyük bir forumun keçirilməsini planlaşdırırıq".

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.