MƏDƏNİYYƏT


Bakıda “Türkiyədən əsən meh” adlı rəsm sərgisi açılacaq

Bakı, 10 may, AZƏRTAC

Mayın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və “Türk Hava Yolları”nın dəstəyi ilə reallaşacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyn Elmas, Erkin Keskin kimi peşəkar türk rəssamlarının əsərləri təqdim olunacaq. Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin – Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları var.

Ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyn Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən artıq əsəri tamaşaçılara təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.