Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” mövzusunda konfrans keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Bildirilib ki, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.

Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirmək, onların inkişafına, yerli və dünya arenasına çıxmalarına dəstək verməkdir. Eləcə də məqsəd assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində assosiasiya böyük nailiyyətlər əldə edib, daxili və xarici əlaqələrini genişləndirib və hazırda sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.

Hicran Hüseynova vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlığa çox böyük dəstək var. Ölkəmiz bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender problemi də yer alır. Əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizə çatıb. Son 15 ildə Azərbaycanda 4060-dan çox qadın sahibkara 72,5 milyon manat kredit verilib. Bu, o deməkdir ki, Azərbaycanda bu istiqamətdə böyük dəyişikliklər gedir.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də ailə sferasında qadın əməyinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi, onların kiçik və orta sahibkarlığa cəlb edilməsidir. Bu, hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir. “Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır”, - deyə o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünüməşğulluq forması tətbiq olunur. Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünüməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Özünüməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmaları vacib amildir. Biz bunu da təşviq edirik. Bu mənada, qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması önəmli vəzifələrdən biridir. Qadın fəallığı ictimai tərəqqinin ən vacib göstəricilərindəndir. Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir.

Diqqətə çatdırılıb ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələlərdən biridir. Bu işdə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası müəyyən nailiyyətlər əldə edə bilib. Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox sayda qadın sahibkarlıq sferasına cəlb olunsun.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlərin keçirilməsi qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunmasında, həmçinin perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb. Son 15 ildə makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Azərbaycanda qadınların əhalinin 50,1 faizini təşkil etdiyini deyən S.Babayeva bildirib ki, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 21,5 faizi qadınlardır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycan Sahibkarlar Konfederasiyasının ətrafında toplana bilib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.

Bu yaxınlarda Vergi Məcəlləsində dəyişikliklər ediləcəyini deyən komitə sədri bildirib ki, təklif olunan dəyişiklik kiçik sahibkarlar üçün geniş imkanlar açacaq.

Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə demək olar ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə sahibkarlığa, qadın sahibkarlara xüsusi önəm verilir. Bu, özünü bütün beynəlxalq hesabatlarda Azərbaycanın irəli pillələrdə olmasında göstərir.

Konfransda çıxış edən Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, GIZ, SLRD-nin layihə rəhbəri Gülnarə Məmmədova, Rusiya Federasiyası Dağıstan Respublikası Qadınlar Cəmiyyətinin sədri İntizar Mamutayeva, Gürcüstan İşgüzar Qadınlar Birliyinin nümayəndəsi xanım Mzii Kereselidce və başqaları bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Daha sonra konfrans öz işini “Sahibkarlıqda qadınlar: biznes və ailə öhdəliklərini necə balanslaşdırmaq olar?” və “İnvestorlarla mentor saatı” mövzusunda iclaslarla davam etdirib.

Qeyd edək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, əl əməyi" adlı sərgi təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək