SİYASƏT


Bakıda Ukraynanın dövlət müstəqilliyinin 26-cı ildönümü  münasibətilə rəsmi qəbul təşkil edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakıda Ukraynanın dövlət müstəqilliyinin 26-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 26 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atıb. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq edirlər. Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir. Bu gün Ukrayna dost Azərbaycanın əldə etdiyi bütün uğurlara sevinir.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açıb. Bildirilib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir. Hazırda Azərbaycan-Ukrayna əlaqələri prezidentlər İlham Əliyev və Petro Poroşenko tərəfindən uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər.

Nazir müavini əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.

Sonra bir sıra ictimai və siyasi xadimlər iki ölkə arasında münasibətlərin inkişafına verdikləri dəstəyə görə Fəxri Fərman və diplomlarla təltif ediliblər.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.