MƏDƏNİYYƏT


Bakıda “Ümid Beynəlxalq İncəsənət” yarışması təşkil ediləcək

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, yarışma Mədəniyyət Nazirliyi və “Jam Group”un dəstəyi ilə reallaşacaq. Yarışma 6, 10, 16 və 16 yaşdan yuxarı olmaqla dörd yaş kateqoriyası üzrə keçirilir.

Yarışları təşkil etməkdə məqsəd istedadlı gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.