CƏMİYYƏT


Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Çörək dünyadakı ən populyar məhsullardan biridir və onsuz bəlkə də həyatımızın bir günü belə keçmir. Buna görə də onun öz bayramı - hər il oktyabrın 16-da qeyd olunan Ümumdünya Çörək Günü olması təəccüblü deyil.

Bayram Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1945-ci il oktyabrın 16-da kənd təsərrüfatının və onun istehsalının inkişafında problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaradılması ilə əlaqədardır. Həmin gün Ümumdünya Qida Günü kimi də qeyd olunur.

AZƏRTAC xəbər verir ki, “Azeri Home Chef”in təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “ŞamFi” və “AzNar” şirkətlərinin dəstəyi ilə Ümumdünya Çörək Gününə həsr olunmuş "Çörək müsabiqəsi" keçirilib. Müsabiqənin əsas məqsədi Azərbaycan xanımlarının ev şəraitində çörək bişirmək bacarığını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və çörəyin əhəmiyyətindən danışmaq olub.

Məşhur aşpazlar və restoratorlar tərəfindən şah əsərlər qiymətləndirildikdən sonra bütün iştirakçılara sponsorlardan qiymətli hədiyyələr, ilk üç yerin qalibinə isə pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.