Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası başlayıb

Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası başlayıb

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan iclasa Azərbaycan da daxil olmaqla, 20-yə yaxın iştirakçı ölkənin, eləcə də Ümumdünya Gömrük Təşkilatının nümayəndə heyətləri qatılıb. Tədbirdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni yaranan problemlərin həlli, ticarətin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması və digər mövzular üzrə müzakirələr aparılacaq.

İclasın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan gömrüyündə aparılan islahatlarla bağlı məlumat verib. Qeyd edib ki, son vaxtlar Dövlət Gömrük Komitəsi kadr potensialının gücləndirilməsinə, elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinə xüsusi önəm verir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə də toxunan komitə sədrinin müavini bildirib ki, hazırda Dövlət Gömrük Komitəsi 14 elektron gömrük xidməti təqdim edir.

İ.Babayev onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsilə bağlı fərmanına əsasən, bu il fevralın 1-dən sistemin tam tətbiqinə başlanacaq, “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verilməsi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, könüllü riayət mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Vurğulayıb ki, Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası tərəflər arasında əlaqələrin daha da genişlənməsinə töhfəsini verəcək, bu əməkdaşlıq gömrük işinin təşkili və potensialın gücləndirilməsinə müsbət təsir edəcək.

ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya isə bildirib ki, 4 ildən çox fasilədən sonra Azərbaycanda yenidən keçirilən iclas olduqca əhəmiyyətli hesab olunur. Tədbir müddətində daha təcrübəli iştirakçılar təqdimat keçirəcək, komandaya yeni qatılan nümayəndələr isə ÜGT-nin iş prinsipləri ilə yaxından tanış olacaq, bilik və bacarıqlarını artıracaqlar. O deyib ki, bununla yanaşı, regional məsələlər əlaqələndirici şəxslərlə müzakirə ediləcək, həmçinin Regional Ofisin iş fəaliyyətini tənzimləyən strateji sənədlərə baxılacaq, iştirakçıların təklifləri öyrəniləcək. Təkliflər əsasında həmin sənədlər daha da təkmilləşdiriləcək və apreldə Sankt-Peterburqda Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin görüşündə təqdim olunacaq.

ÜGT-də Çin Gömrük Əməkdaşlıq Fondunun meneceri Penq Ni təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, fondun institusional artım və potensialın gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, fond bir sıra Avropa ölkələrində potensialın gücləndirilməsi proqramlarını maliyyələşdirir: “Potensialın gücləndirilməsi məsələsinin bütün gömrük xidmətləri üçün aktualdır, vaxtilə Çin Xalq Respublikası da müvafiq təlimlərdən çox yararlanıb və buna görə digər ölkələrin inkişafına töhfə verməyə çalışır”.

Daha sonra ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisinin rəhbəri Roger Herman xüsusi ehtiyaclara cavab vermək məqsədilə əlaqələndirici şəxslər arasında potensialın gücləndirilməsi üçün daha effektiv, daha səmərəli əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

İki gün davam edəcək iclas müddətində Ümumdünya Gömrük Təşkilatının strateji planı, regional prioritetlər və onların əlaqələndirilməsi, təşkilati inkişaf potensialının gücləndirilməsi, ÜGT-nin potensialın gücləndirilməsinə dəstək proqramının hazırlanması, milli əlaqələndirici şəxslərin rolu, vəzifə və səlahiyyətləri, təşkilatın ekspert qruplarının səfərbər olunması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Həmçinin iclas ərəfəsində ÜGT-nin yeni distant təhsil üzrə modulları və internet vasitəsilə təlim almaq imkanını əks etdirən təqdimatlar keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb