İDMAN


Bakıda Universal Döyüş idman növü üzrə növbəti “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Universal Döyüş Federasiyası maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə keçirməklə əlbəyaxa döyüş növlərini ən yüksək səviyyədə təbliğ edir. Növbəti belə möhtəşəm turnirlərdən biri də Bakıda təşkil olunub.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir “Peşəkarlar Arasında Reytinq Yarışları” xarakteri daşıyıb.

Yeddi çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq-da Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq çəki dərəcəsində Elvin Hüseynli (Şəki “Qafqaz” idman klubu), 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq-da Nurlan Babayev (Xaçmaz, “Əhməd Fight Club”), 80 kq çəkidə Murad Şeldiyev (Bərdə, “Laçın” İK), +90 kq-da Vahid Əsədov (Yevlax idman klubu) və qadın idmançılar arasında 65 kq çəki dərəcəsində Fərqanə Saxrayeva (Yevlax idman klubu) qalib olublar.

Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.