Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda seminar keçirilib

Bakı, 29 iyun, Kifayət Əliyeva, Pərvanə İmanova, AZƏRTAC

İyunun 29-da Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə MHA-nın sədri Kamran İmanov Bakıda keçirilən və artıq ənənəyə çevrilmiş beynəlxalq seminarın böyük əhəmiyyət daşıdığını, aktuallığına görə ölkəmizin qarşısında duran yeni, innovasiyalarla bağlı çağırışlara adekvat cavab axtarışı ilə əlaqəli olduğunu söyləyib. Bildirilib hazırda DƏMT ilə bu məsələlərə aid böyük əməkdaşlıq Sazişinin bağlanılması gözlənilir.

Bununla yanaşı, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid MHA tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq maraqlı tərəflərə çatdırılıb. Həmçinin agentlik tərəfindən əqli mülkiyyət sahəsində bilikartırma bazası hazırdır və bu çərçivədə yüzədək müxtəlif tədris kursları hazırlanıb, smart tipli Treninq Mərkəzi fəaliyyətə başlayıb.

Qeyd olunub ki, Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır. Əqli mülkiyyət siyasətinin bu işlərdə dəstək olması danılmaz faktdır. Hələ 2016-cı ilin iyununda DƏMT-in Azərbaycan ilə birgə keçirdiyi “Universitet və tədqiqat institutlarında əqli mülkiyyət siyasətləri” mövzusunda seminarda bu qurumun materialları və MHA-nın təqdimatı kitabça şəklində çap edilib, marağı olan təşkilatlara paylanılıb. Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü və DƏMT-in dəstəyi nəticəsində bu mövzu ilə bağlı daha geniş miqyasda yeni konfransın keçirilməsi ərsəyə gəlib. DƏMT-in baş direktoru F.Qarri tərəfindən əməkdaşlığın gücləndirilməsinə dəstək verilərək xüsusi Saziş sənədi hazırlanıb. MHA tərəfindən DƏMT-in metodik sənədləri tərcümə edilib və agentliyin yeni broşürləri çap olunaraq 2016-cı ilin noyabrında keçirilən konfransda iştirakçılara təqdim edilib. Bugünkü seminara da yeni metodik materiallar əlavə olunub və beləliklə elmi tədqiqatların tətbiqi və kommersiyalaşması ilə bağlı əqli mülkiyyət biliklərini artıran müəyyən məlumat bazası yaradılmaqdadır. Agentlikdə tədris bazası və müvafiq tədris kursları da hazırdır, üstəlik, DƏMT-in dəvət etdiyi tanınmış mütəxəssislər elm ocaqlarında məsləhətlər verməyə, bilik və təcrübələrini bölüşməyə hazırdırlar. Elmin səmərəliyini artırmaq işinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu da qoşulub. Atılan addımlar qarşımızdakı vəzifələri layiqincə yerinə yetirməyə müəyyən əminlik yaradır.

Tədbirin önəmini vurğulayan K.İmanov mövzu ilə bağlı dörd vacib amili diqqətə çatdırıb. Bildirilib ki, bunlardan birincisi Azərbaycanın iqtisadi islahatlarının təsiri və yeni vəzifələrin icrası; ikincisi dünyanın aparıcı universitetlərindəki geniş transformasiya prosesi; üçüncüsü əqli mülkiyyətin dəyişmiş rolu və əhəmiyyəti, dördüncüsü isə istifadəsini gözləyən elmi ehtiyatlarımız və potensialımızdır.

Xüsusi olaraq qeyd edilib ki, məsələnin kökü dövlət başçısının yürütdüyü yeni iqtisadi siyasətdədir, görülən işlərin bu siyasətə xidmət etməsindədir, elm və təhsil ocaqlarının innovativ inkişafdakı yerinin möhkəmləndirməsində və layiqli töhfələrinin verilməsindədir.

Dünyada baş verən böhranlar fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında rəqabətqabiliyyətinə görə 37-ci yerə layiq görülərək hazırda dövlət başçısının təşəbbüsü ilə neqativ tendensiyaları qabaqlamaq məqsədilə iqtisadi islahatlar mərhələsini uğurla keçir.

Çünki Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur. İnnovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Bu ekosistemin bəhrələrini əldə etmək üçün dövlət bir tərəfdən mühüm sistemli tədbirlər həyata keçirib və keçirməkdədir, o cümlədən investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, biznesə aid inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərənlərə dövlət dəstəyi, vergi və gömrük güzəştlərin tətbiqi, subsidiyaların verilməsi bu qəbildəndir.

28 may – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir...”.

Səslənən iqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti və texnologiyaların kommersiyalaşması və transferi ön plana çıxarılsın.

İkinci amil isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ali təhsil və elm sistemində radikal transformasiyalarla bağlıdır. Bunların mahiyyəti universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici rolundan ibarətdir. Bu isə universitetlərin sosial-iqtisadi funksiyalarının dəyişməsi deməkdir: artıq ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır. Bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması, nəhayət, gəlir əldə etmək məqsədilə əqli mülkiyyətin idarə olunması daxildir.

Azərbaycan üçün universitetlərin təkamülü ciddi sosial və iqtisadi problemdir. Çünki bu növ universitetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar, universitetlər dövlət başçısının təşəbbüsü ilə keçirilən iqtisadi islahatların fəal aktorlarına çevrilməlidirlər.

Üçüncü vacib amil isə əqli mülkiyyətin müasir “biliklər cəmiyyət”ində dəyişmiş rolu ilə bağlıdır.

MHA-nın sədri deyib ki, əqli mülkiyyətin yeni konteksti onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Təhlillər göstərir ki, son onilliklər ərzində sərvətlərin yaranma mərkəzi maddi aktivlərdən, kapitaldan qeyri-maddi aktivlərə, intellektual kapital tərəfə yönəlir. Bununla rəqabət fokusu dəyişir, investisiya axınlarının vektoru əqli mülkiyyətə istiqamətlənir.

Dördüncü vacib amil yaradılmış infrastrukturumuzdan və elmi potensialımızdan istifadəsini gözləyən ehtiyatlarımızdır.

Qeyd edilib ki, istər qorunmanın əqli mülkiyyət kimi seçilməsi, istərsə də texnologiyanın kommersiyalaşma modeli Azərbaycan universitetlərində hələlik zəif işlənilib, demək olar ki, başlanğıc səviyyəsindədir, halbuki, ölkəmizin kifayət qədər zəngin elmi və təhsil potensialı mövcuddur və bunu rəqəmlər təsdiqləyir. Belə ki, “Global Innovation İndex” də (2016 və 2017-ci illər) universitet tədqiqatlarına görə, Azərbaycan dünyada 69-cu və 70-ci yerlərdədir.

Digər vacib hesabata – Dünya Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə (Global Competitiveness Index 2016-2017) nəzər salsaq, görərik ki, Azərbaycan innovasiyalar bazis göstəricisinə görə, MDB məkanında birincidir (dünyada 49-cu yer), əsasən ona görə ki, “innovasiya imkanları” çox yüksəkdir: dünya miqyasında 42-ci yer. Bununla yanaşı, elmi fəaliyyət imkanlarımız da var, çünki “elmi-tədqiqat təsisatlarının keyfiyyəti” indeksinə görə Azərbaycan 68-ci yeri tutur. Üstəlik, əqli mülkiyyət hüququnun qorunmasına görə dünyada 68-73-cü yerləri tutaraq, MDB məkanında lider üçlüyündədir.

K.İmanov vurğulayıb ki, biz dünya tendensiyalarını da nəzərdən qaçırmamalıyıq. Dünya Bankı üçün aparılan təhlillər göstərir ki, məzunlarımız orta təbəqəyə və sinfə daxil olurlar, onların artımı iş yerlərinin artımını üstələyir və bu təbəqəyə daxil olanların gəlirləri azalır. Odur ki, səslənən təkliflər çərçivəsində universitetlərdə işgüzar fəaliyyətə yönəlmiş proqramlara ehtiyac var, tələbələrin şirkətlərinin yaranması çox vacibdir.

İmkanlarımız çoxdur, 3.0 universitet Azərbaycanda formalaşacaqdır. Əminəm ki, atılan müəyyən addımlar bu prosesi tezləşdirməlidir.

Qəbul edilmiş “Elm haqqında” Qanuna uyğun olaraq, universitetlər və elmi-tədqiqat institutları (AMEA sistemi) publik hüquqi şəxslərə çevrilib, ölkə Prezidenti tərəfindən onların nizamnamələri təsdiq edilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Bakı Mühəndislik Akademiyası, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Dillər universitetləri) və bununla da ali məktəblər əqli mülkiyyət sahiblərinə çevrilir.

Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli və 2017-ci il 2 iyun tarixli sərəncamlarına əsasən, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqelərinin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı çərçivəsində texnologiyaların transferi və kommersiyalaşmasına aid bir sıra addımlar, o cümlədən texnologiyaların kommersiyalaşma mərkəzlərinin yaranması nəzərdə tutulub.

Təhsil Nazirliyinin və ardınca AMEA-nın atdığı addımlar nəticəsində “Thompson Reuters” nəşrlərində və sitatlanma H-indeksinə görə, Azərbaycan universitetləri son illərdə bir neçə pillə qalxaraq vəziyyətini yaxşılaşdırıb, hətta “Tətbiqi və hesablama riyaziyyatı” jurnalımız “Thompson Reuters” sistemində MDB lideridir.

Prezident İlham Əliyevin “...İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” fikrini əsas götürərək, ümidvaram ki, bu işdə layiqli töhfə verməkdə gücümüzü əsirgəməyəcəyik.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov seminarın Azərbaycanda keçirilməsini yüksək dəyərləndirib, davamlı inkişafin təmin olunmasında elm və təhsilin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması dövlət siyasətinin əsas tərkib hissəsidir.

Nazir qeyd edib ki, universitet və elmi-tədqiqat institutlarının fəaliyyətinin kommersiyalaşdırılması da böyük əhəmiyyətə malikdir. Universitetlərin fəaliyyətinin beynəlmiləlləşdirilməsi mühüm amildir. Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır. Bilik iqtisadiyyatı dövründə davamlı inkişafın təmin edilməsində elm və təhsilin rolu əhəmiyyətli dərəcədə artır. Elmi tədqiqat institutları və universitetlər yaradıcı, innovativ olmağa çalışırlar. Onlar öz fəaliyyətlərini əmək bazarının və sənayenin dinamik tələblərinə və ehtiyaclarına adekvat qururlar.

Bildirilib ki, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan təhsil, elm və innovasiyalar arasında qarşılıqlı əlaqənin qurulması, bilik üçbucağınının formalaşdırılması böyük əhəmiyyət daşıyır. Təhsil Nazirliyi hazırda ali təhsil müəssisələrinin tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, universitetlərin elmi və elmi texniki nəticələrinin kommersiyalaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Bu tədbirlər arasında əqli mülkiyyət məsələləri sahəsində maarifləndirmə işinin genişləndirilməsi, əqli mülkiyyət hüquqlarının qorunması üzrə lazımi dəstəyin göstərilməsi mühüm yer tutur.

M.Cabbarov deyib ki, hər bir elm və təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır. Universitet və elmi-tədqiqat institutlarının fəaliyyətinin kommersiyalaşdırılması da vacib məsələdir. Bu prosesdə universitetlərin fəaliyyətinin beynəlmiləlləşdirilməsi və birgə layihələrin, tədqiqatların həyata keçirilməsi mühüm amildir. Hər il Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin alimləri tərəfindən 150-200 monoqrafiya, 600-dən çox dərslik və dərs vəsaiti, on mindən çox elmi məqalə və tezis nəşr olunur, yeni məhsullar və texnologiyalar yaradılır, ixtiralara patentlər alınır. Təhsil müəssisələrində çalışan doqquz mindən çox müəllim tərəfindən 2014-cü ildə 29, 2015-ci ildə 33, 2016-cı ildə isə 54 patent alınıb. Hazırda Təhsil Nazirliyi tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində bir sıra işlər həyata keçirilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarına rəqabətliliyin artırılmasına yönəlib. Dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Komitənin təsisçiliyi ilə aprelin 17-də “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Publik hüquqi şəxsin strukturunda innovasiyalar departamenti və texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzi nəzərdə tutulub ki, bu da ixtiraçılığın stimullaşdırılmasına xidmət göstərəcək. Bu məqsədlə həmin mərkəz ixtiraların sənayedə tətbiqinə nail olmaq üçün istehsalat obyektləri ilə universitetlər və elmi tədqiqat institutları arasında körpü rolunu oynayacaq. Elmin iqtisadiyyat və sənaye ilə bağlanmasının təmini, yeni həllərin axtarışının təşviqi, real iqtisadi səmərəyə yönələn elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Bugünkü seminarın da əsas məqsədi təhsil və elmi araşdırma mərkəzlərinin əqli

mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyənləşdirilməsi, qorunması və idarə olunması mexanizmləri barədə məlumatlılığın artırılmasıdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi aparılan siyasətin tərkib hissəsidir.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Məclis tərəfindən ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra qanunların qəbul edildiyini söyləyib. Bildirilib ki, bu sahədə dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlar elm və təhsilimizin tərəqqisinə xidmət edir. Hazırda dünyada elmin sənayeyə, iqtisadiyyata tətbiqi ilə bağlı mühüm addımlar atılır. Elmimizin inkişafı və dünyada tanıdılması istiqamətində alimlərimiz tərəfindən daha böyük işlər görülməlidir.

Tədbirdə MHA-nın sədri Kamran İmanovun “Biliklər + texnologiyalar + investisiyalar və əqli mülkiyyət = universitetlərin və sənayenin insan kapitalının ekosisteminə (DƏMT-in universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti modelinin uyğunlaşdırılma təcrübəsindən” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər mövzuya dair məruzələrlə çıxış ediblər.

DƏMT keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə şöbəsinin müdiri Mixal Svantner “Universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasətinin önəmi”, həmin şöbənin müşaviri Məhəmməd Alhabbal “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin inkişafına dəstək verilməsi və DƏMT veb səhifəsinin təqdimatı” Türkiyənin Koç Universitetinin texnologiyaların transferi idarəsinin baş mütəxəssisi Aybüke Semerci “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətindən istifadə olunmasının üstün və çatışmayan tərəfləri: Türkiyə universitetlərində əqli mülkiyyət siyasəti ilə bağlı təcrübələr” mövzularında məruzələrlə çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib