Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib [YENİLƏNİB] VİDEO

“Əməkdaşlıq körpüsü” adlandırılan Forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılıb.

VII Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının Forum iştirakçılarına təbrik məktublarını oxuyublar.

Forumda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Forumun keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir. Nazir əmin olduğunu bildirib ki, builki Forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Şahin Mustafayev qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçıları siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verirlər. Prezidentlərin, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bu böyük önəmin göstəricisidir. Son 10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın səfər edib. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən böyük maraqdan xəbər verdiyini qeyd edən Şahin Mustafayev Rusiya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən çox sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, parlamentlərarası qruplar və səfirliklər də önəmli rol oynayırlar.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Ölkələrimiz arasında azad ticarət rejimi mövcuddur və bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır.

Məlumat verilib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnodar vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində çay fabriki tikib. “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” müəssisəsinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 milyon dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində 33 milyon dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq zavodunun təməli qoyulacaq.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafında iş adamlarının iştirakı ilə keçirilən biznes forumların və digər tədbirlərin əhəmiyyətini qeyd edən Şahin Mustafayev 2015-ci ildə keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumundan ötən müddətdə ölkəmizdə 10-a yaxın biznes forum, “dəyirmi masa” və işgüzar görüşün keçirildiyini, belə tədbirlərin Azərbaycanda və Rusiyada yaradılmış əlverişli investisiya mühitinin göstəricisi olduğunu bildirib.

Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş yeni islahatlar proqramı barədə Forum iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, elektron xidmətlərdən istifadə imkanları genişləndirilib, investisiya qoyuluşu və qeyri-neft ixracı stimullaşdırılıb. Rusiyada da iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, ixrac imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılır və bu, Azərbaycan sahibkarlarının dost ölkəyə marağını daha da artırır.

Qeyd olunub ki, Azərbaycan-Rusiya əməkdaşlığının perspektivli istiqamətlərindən biri də tranzit yükdaşımalarıdır. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizi xüsusilə əhəmiyyətlidir. Azərbaycan, Rusiya və İran dövlət başçılarının 2016-cı ilin avqustunda keçirilən görüşü bu sahədə yeni layihələrin reallaşdırılmasına impuls verib. Hazırda İran sərhədinə qədər olan dəmir yolunun qalan hissəsinin və dəmir yolu körpüsünün tikintisi davam etdirilir.

Təhsil, elm, səhiyyə, mədəniyyət, idman sahələrində də əlaqələr genişlənib. 2008-ci ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bakı Slavyan Universitetində azərbaycanlı gənclərin rus və digər slavyan dillərini öyrənməsi, 340 mindən çox şagirdin təhsil aldığı 320 məktəbdə isə rus dilində təhsil imkanı yaradılıb. Rusiyanın ali təhsil müəssisələrində 14 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Heydər Əliyev Fondu Azərbaycan-Rusiya humanitar əlaqələrinin genişləndirilməsinə mühüm töhfələr verir. Bu sahədə Rusiyada Azərbaycanlı Gənclər Birliyi (AMOR) də önəmli fəaliyyət göstərir.

Ölkəmizin Rusiya Federasiyasının subyektləri ilə uğurlu əməkdaşlığından danışan Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə başlanmış regionlararası əməkdaşlıq çərçivəsində rəsmi şəxslər və iş adamları çoxsaylı qarşılıqlı səfərlər həyata keçirirlər. Son iki ildə Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Tatarıstan, Dağıstan respublikalarının, Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin nümayəndələri Azərbaycanda səfərdə olub. Rusiya Federasiyasının 17 subyekti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq edir.

Şahin Mustafayev Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müzakirə edilən məsələlərin, imzalanacaq sənədlərin sənaye, kənd təsərrüfatı, humanitar, turizm və s. sahələrdə əlaqələrin genişlənməsi üçün yeni imkanlar açacağına əminliyini vurğulayıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulski çıxışında Forumun iki ölkənin dövlət və regional hakimiyyət orqanları arasında dialoq üçün səmərəli platforma olduğunu qeyd edib, tədbirin əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli rol oynayacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı üçün yeni perspektivlər açacağını diqqətə çatdırıb. Aleksandr Sıbulski Azərbaycan və Rusiya arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq barədə məlumat verib, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının yaradılmasının təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, Rusiyadakı sənaye parklarında əməkdaşlıq üçün geniş imkanlar var və artıq Azərbaycan iş adamları “Lotos” iqtisadi zonasına maraq göstərirlər. Bundan başqa, sənaye, energetika, nəqliyyat, xidmət, humanitar və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışlarında ölkələrimiz arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində diplomatik nümayəndəliklərin gördüyü işlər barədə məlumat veriblər.

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev və Arxangelsk vilayətinin qubernatoru İqor Orlov Rusiya və Azərbaycan regionları arasında müxtəlif sahələrdə mövcud əlaqələrdən və əməkdaşlığın perspektivlərindən söhbət açıblar.

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, Azərbaycan regionları ilə Rusiyanın federal subyektləri arasındakı sıx əlaqələr və səmərəli əməkdaşlıq barədə danışıblar.

Sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd – Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş, AZPROMO ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa dair Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Forum çərçivəsində, həmçinin “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromİnvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti ilə Dağıstan Respublikasının “Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə Niyyət Sazişi imzalanıb.

Daha sonra Forumda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif edilmiş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya “Tərəqqi” medalı təqdim olunub. Medalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov təqdim edib.

Xatırladaq ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu fəaliyyətinə görə “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkürnaməsini təqdim edib.

X X X

VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya tərəfindən sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. İkitərəfli görüşlərdə iş adamları arasında yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub.

Forum çərçivəsində Azərbaycan və Rusiya arasında sənaye, aqrar, turizm və humanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masa”lar keçirilib.

Dövlət sektorunu və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş “Sənaye: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi masa”da Azərbaycan və Rusiyanın sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin sənaye müəssisələrinə və sənaye parklarına dair təqdimatlar keçirilib.

“Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələri iştirak edib. “Dəyirmi masa”da hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə edilib, Rusiya və Azərbaycan regionlarının turizm potensialına dair təqdimatlar olub.

“Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, tətbiq olunan qabaqcıl texnologiyalara və baş verən yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

“Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil proqramlarına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, çıxışlar dinlənilib.

Sonra “dəyirmi masa”lar çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr barədə moderatorların məruzələri dinlənilib.

Forumda yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulski VII Azərbaycan-Rusiya Regionlararası Forumun işinin uğurlu olduğunu, iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulayıblar.

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir