Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib [YENİLƏNİB] VİDEO

“Əməkdaşlıq körpüsü” adlandırılan Forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılıb.

VII Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının Forum iştirakçılarına təbrik məktublarını oxuyublar.

Forumda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Forumun keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir. Nazir əmin olduğunu bildirib ki, builki Forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Şahin Mustafayev qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçıları siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verirlər. Prezidentlərin, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bu böyük önəmin göstəricisidir. Son 10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın səfər edib. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən böyük maraqdan xəbər verdiyini qeyd edən Şahin Mustafayev Rusiya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən çox sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, parlamentlərarası qruplar və səfirliklər də önəmli rol oynayırlar.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Ölkələrimiz arasında azad ticarət rejimi mövcuddur və bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır.

Məlumat verilib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnodar vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində çay fabriki tikib. “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” müəssisəsinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 milyon dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində 33 milyon dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq zavodunun təməli qoyulacaq.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafında iş adamlarının iştirakı ilə keçirilən biznes forumların və digər tədbirlərin əhəmiyyətini qeyd edən Şahin Mustafayev 2015-ci ildə keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumundan ötən müddətdə ölkəmizdə 10-a yaxın biznes forum, “dəyirmi masa” və işgüzar görüşün keçirildiyini, belə tədbirlərin Azərbaycanda və Rusiyada yaradılmış əlverişli investisiya mühitinin göstəricisi olduğunu bildirib.

Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş yeni islahatlar proqramı barədə Forum iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, elektron xidmətlərdən istifadə imkanları genişləndirilib, investisiya qoyuluşu və qeyri-neft ixracı stimullaşdırılıb. Rusiyada da iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, ixrac imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılır və bu, Azərbaycan sahibkarlarının dost ölkəyə marağını daha da artırır.

Qeyd olunub ki, Azərbaycan-Rusiya əməkdaşlığının perspektivli istiqamətlərindən biri də tranzit yükdaşımalarıdır. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizi xüsusilə əhəmiyyətlidir. Azərbaycan, Rusiya və İran dövlət başçılarının 2016-cı ilin avqustunda keçirilən görüşü bu sahədə yeni layihələrin reallaşdırılmasına impuls verib. Hazırda İran sərhədinə qədər olan dəmir yolunun qalan hissəsinin və dəmir yolu körpüsünün tikintisi davam etdirilir.

Təhsil, elm, səhiyyə, mədəniyyət, idman sahələrində də əlaqələr genişlənib. 2008-ci ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bakı Slavyan Universitetində azərbaycanlı gənclərin rus və digər slavyan dillərini öyrənməsi, 340 mindən çox şagirdin təhsil aldığı 320 məktəbdə isə rus dilində təhsil imkanı yaradılıb. Rusiyanın ali təhsil müəssisələrində 14 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Heydər Əliyev Fondu Azərbaycan-Rusiya humanitar əlaqələrinin genişləndirilməsinə mühüm töhfələr verir. Bu sahədə Rusiyada Azərbaycanlı Gənclər Birliyi (AMOR) də önəmli fəaliyyət göstərir.

Ölkəmizin Rusiya Federasiyasının subyektləri ilə uğurlu əməkdaşlığından danışan Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə başlanmış regionlararası əməkdaşlıq çərçivəsində rəsmi şəxslər və iş adamları çoxsaylı qarşılıqlı səfərlər həyata keçirirlər. Son iki ildə Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Tatarıstan, Dağıstan respublikalarının, Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin nümayəndələri Azərbaycanda səfərdə olub. Rusiya Federasiyasının 17 subyekti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq edir.

Şahin Mustafayev Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müzakirə edilən məsələlərin, imzalanacaq sənədlərin sənaye, kənd təsərrüfatı, humanitar, turizm və s. sahələrdə əlaqələrin genişlənməsi üçün yeni imkanlar açacağına əminliyini vurğulayıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulski çıxışında Forumun iki ölkənin dövlət və regional hakimiyyət orqanları arasında dialoq üçün səmərəli platforma olduğunu qeyd edib, tədbirin əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli rol oynayacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı üçün yeni perspektivlər açacağını diqqətə çatdırıb. Aleksandr Sıbulski Azərbaycan və Rusiya arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq barədə məlumat verib, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının yaradılmasının təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, Rusiyadakı sənaye parklarında əməkdaşlıq üçün geniş imkanlar var və artıq Azərbaycan iş adamları “Lotos” iqtisadi zonasına maraq göstərirlər. Bundan başqa, sənaye, energetika, nəqliyyat, xidmət, humanitar və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışlarında ölkələrimiz arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində diplomatik nümayəndəliklərin gördüyü işlər barədə məlumat veriblər.

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov, Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev və Arxangelsk vilayətinin qubernatoru İqor Orlov Rusiya və Azərbaycan regionları arasında müxtəlif sahələrdə mövcud əlaqələrdən və əməkdaşlığın perspektivlərindən söhbət açıblar.

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, Azərbaycan regionları ilə Rusiyanın federal subyektləri arasındakı sıx əlaqələr və səmərəli əməkdaşlıq barədə danışıblar.

Sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd – Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş, AZPROMO ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa dair Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Forum çərçivəsində, həmçinin “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromİnvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti ilə Dağıstan Respublikasının “Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə Niyyət Sazişi imzalanıb.

Daha sonra Forumda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif edilmiş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya “Tərəqqi” medalı təqdim olunub. Medalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov təqdim edib.

Xatırladaq ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu fəaliyyətinə görə “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkürnaməsini təqdim edib.

X X X

VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya tərəfindən sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. İkitərəfli görüşlərdə iş adamları arasında yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub.

Forum çərçivəsində Azərbaycan və Rusiya arasında sənaye, aqrar, turizm və humanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masa”lar keçirilib.

Dövlət sektorunu və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş “Sənaye: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi masa”da Azərbaycan və Rusiyanın sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin sənaye müəssisələrinə və sənaye parklarına dair təqdimatlar keçirilib.

“Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələri iştirak edib. “Dəyirmi masa”da hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə edilib, Rusiya və Azərbaycan regionlarının turizm potensialına dair təqdimatlar olub.

“Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, tətbiq olunan qabaqcıl texnologiyalara və baş verən yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

“Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil proqramlarına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, çıxışlar dinlənilib.

Sonra “dəyirmi masa”lar çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr barədə moderatorların məruzələri dinlənilib.

Forumda yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulski VII Azərbaycan-Rusiya Regionlararası Forumun işinin uğurlu olduğunu, iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulayıblar.

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib [YENİLƏNİB]      VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusu Qəzzada yerüstü əməliyyat zamanı 80 hərbçisini itirib

Bağça müəllimlərinin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb

Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Cəlilabadda gənclər və yeniyetmələrə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Bağdadda Azərbaycan-İraq biznes-forumu keçiriləcək

Görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsi anılıb

Qafqaz Albaniyası haqqında 3 dildə toplu nəşr olunub

Ötən ay Naxçıvanda 876 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb

Ziyafət Əsgərov: Hərbçilərin mənzillə təmin olunması bundan sonra da davam edəcək

20 nömrəli məktəb-lisey: bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil

5 dekabr - Dünya torpaq günündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib

Kürdəmir və Şirvan bədii gimnastları Bakıda təlim-məşq toplanışına başlayıblar

Pərviz Şahbazov: Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir

Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Almaniyanın Brandenburq vilayətindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Mingəçevirdə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Yevlaxda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

“Hər şey Vətən üçün” adlı görüş və satış-sərgi möhtəşəm Zəfərə həsr olunub

Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA VİDEO

Ermənistan KTMT PA-nın iclasında iştirak etməyəcək

KXDR Qvineya və Seneqaldakı səfirliklərini bağlayıb

“Azərbaycan Könüllülük Həftəsi 2023” üç mindən çox könüllünü birləşdirəcək

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib

Türkiyə ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi 23 milyard dollara çatıb

İraqın Baş naziri: Azərbaycanla əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində böyük potensial var

® Kapital Bank-ın “Data panel” tədbirinə qeydiyyat başladı

ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb

Hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu elan edilir

Bağdadda ərəb dilində Azərbaycana həsr olunan iki kitabın təqdimatı keçirilib

Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır

ADAU-nun rektoru: Müasir dövrdə torpaq resursları misli görünməmiş antropogen təsirlərlə üzləşir

Vladimir Putin BƏƏ-yə və Səudiyyə Ərəbistanına səfər edəcək

Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır

İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər

Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib

AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb

Redaktor: Qərbi Azərbaycanla bağlı məsələlər Qərb kütləvi informasiya vasitələrində obyektiv şəkildə işıqlandırılmayıb

Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib

Aydın Kərimov: Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək

Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb

İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Bakı Bəyannaməsi qəbul edilib

Avropada və Mərkəzi Asiyada havanın çirkləndirilməsi uşaqların sağlamlığına təhlükə törədir

Şəkidə gənclər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Daniel Pommier Vinçelli: Qərbi Azərbaycan məsələsinin həlli dünyadakı oxşar problemlərin həllinə yol göstəricisi ola bilər

BDU ilk dəfə olaraq “QS Sustainability 2024” reytinqində yer alıb

Əlilliyi olan şəxslər üçün proaktiv təyinat mexanizmi beynəlxalq müsabiqənin qalibi olub

Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB

® “Xonça” Peşələr Festivalında iştirak edib

“Ağ ölümə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək

DSX: 27 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İspan memarlar AzMİU tələbələri üçün master-klas keçiblər

Ulu Öndərin 100 illik yubileyi yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunur

Azərbaycan filmləri “Yaradıcı Həftə” çərçivəsində ali məktəblərdə nümayiş olunub

Ceyhun Bayramov: Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək

Hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər edilir

Lənkəran Teatrında “İki iyirmi üç arasında” tamaşası nümayiş olunub

Ramil Həsən: Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir

Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar

COMCEC-in iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Musa Quliyev: Ölkəmizin müdafiə qabiliyyətinin artırılması dövlətimiz üçün prioritet vəzifələrdən biridir

Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq

Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb

Nazim Mustafa: Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb

“Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Energetika haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb

Dünya çempionu boks üzrə Azərbaycan birinciliyinə qələbə ilə başlayıb

Bu il havaya atılan karbon qazı rekord səviyyəyə çatacaq

İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə kömək məqsədilə ispaniyalı memarlarla danışıqlar aparılır

Polşa-Ukrayna sərhədində üç mindən çox yük maşını növbəyə dayanıb

Türkiyəli mütəxəssis: İstedadlı oyunçuları Azərbaycan basketboluna qazandırmaq istəyirəm

ÜMT: 2011-2020-ci illərdə iqlim dəyişikliyi templəri və fəsadları kəskin şəkildə artıb

Mərkəzi Bank: Bugünkü hərracda tələb 95 milyon dolları ötüb

Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Kənan Qasımov: Turizm xidmətlərinin göstərilməsi baxımından süni intellekt önəm kəsb etməyə başlayıb

Son altı ayda Türkiyədə FETÖ-ya qarşı 2839 əməliyyat keçirilib

ANAMA: Ağdam rayonunda mina hadisəsi baş verib

Ağdərə rayonu yenidən təşkil olunur

Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə dəyişiklik edilib

Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşların müraciətlərini dinləyib

Deputat: Geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur

Sabah bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır

Finlandiya Ukrayna üçün döyüş sursatı istehsal edəcək

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin məhdud tərkibdə görüşü başlayıb

Vahid Hacıyev: Mükəmməl qurulmuş infrastruktur keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsi üçün zəruridir

Şəki-Zaqatala bölgəsində məktəbəhazırlıq qruplarına resurs dəstlər paylanılır

Türk professor: İrəvandakı Azərbaycan izləri məqsədli şəkildə silinib VİDEO

COP28 çərçivəsində Yanğın Emissiyalarının Azaldılması üzrə Ümumdünya Alyansı yaradılıb

Nazir Emin Əmrullayev Ağdamda vətəndaşlarla görüşəcək

Azərbaycan ilə Kuba arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası işə başlayıb

Qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı ciddi tədbirlər görüləcək

Gələn ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün yarım milyard manatdan çox vəsait nəzərdə tutulur