MƏDƏNİYYƏT
Bakıda VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalı davam edir
Bakı, 23 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də festival çərçivəsində kamera və orqan musiqisi zalında konsert olub. Konsertdə tanınmış rusiyalı orqançı Aleksandr Novoselov və vokalçı Lüdmila Trifonova çıxış ediblər.
Gecədə musiqiçilərin ifasında İ.S.Baxın, Q.Qarayevin, O.Yançenkonun, A.Çestin və başqalarının əsərləri səsləndirilib.
Çıxışlar tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]