Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir VİDEO

Bakı, 16 oktyabr, Ruslan Manafov, AZƏRTAC

Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işinə başlayıb. Tədbir “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilir.

AZƏRTAC xəbər verir ki, SPE 2020-nin prezidenti, “Petrol Corporation” şirkətinin nümayəndəsi Şouna Nunanın moderatorluğu ilə keçirilən tədbirin açılışında SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson, “Total E&P Azerbaijan” şirkətinin direktoru Denis Lemarşal, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və başqaları çıxış ediblər.

SOCAR prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezident Xoşbəxt Yusifzadənin adından konfrans iştirakçılarını salamlayan Yaşar Lətifov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yataqların yerləşdiyi xəritəni təqdim edib. Xəritədə göstərilib ki, bugünədək Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlardan 1 milyard 90 milyon ton neft və 713 milyard kubmetr qaz hasil edilib. Qurudakı yataqlardan 979 milyon ton neft və 139 milyard qaz çıxarılıb. Bundan başqa, indiyədək quruda 53 neft-qaz yatağı aşkar olunub ki, onlardan 40-ı bu gün də fəaliyyətdədir. Dənizdə kəşf olunan 28 yataqdan 19-u da hazırda işləyir.

Konfransın mövzusu ilə bağlı fikirlərini səsləndirən SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti deyib ki, müasir şəraitdə kəşfiyyat və hasilat kimi proseslərin həyata keçirilməsində müxtəlif həll yollarının, o cümlədən ən qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinə böyük tələbat var. O qeyd edib: “SOCAR bununla bağlı bir sıra uğurlu layihələr və nailiyyətlərlə öyünə bilər”.

Y.Lətifov daha sonra informasiya-kommunikasiya texnologiyalarının şirkətin gündəlik fəaliyyətində tətbiqi məsələlərindən ətraflı bəhs edib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson peşəkar sahələr, mühəndislər, ekspertlər və digərləri arasında təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib. O, şirkətin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında rəqəmsal texnologiyaların tətbiqindən bəhs edib.

“Total E&P Azerbaijan” şirkətinin rəhbəri Denis Lemarşal qeyd edib ki, alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsinə baxmayaraq, neft və qaz əsas enerji mənbəyi olaraq qalır. Neft-qaz sektorunda problemlərə və risklərə toxunan natiq yataqların istismarı zamanı onun şirkəti tərəfindən risklərin azaldılması istiqamətində müasir texnologiyaların istifadəsindən danışıb.

Oktyabrın 18-dək davam edəcək tədbirdə Xəzər regionunda və bütün dünyada peşəkarların təcrübəsinə və qabaqcıl praktikaya əsaslanan dəyişikliklər müzakirə olunacaq.

Bu tədbir peşə ixtisasının artırılması üçün platformadır və iştirakçılar arasında işgüzar əlaqələrin və tanışlıqların yaradılmasına, habelə bilik və təcrübə mübadiləsinə imkan verir.

Son bir neçə ildə yeni texnologiyaların istifadəsi neft-qaz sənayesində dəyişikliklər yaradıb. Bir sıra əməliyyat proseslərinin sadələşdirilməsi, əmək saatlarının azaldılması, avadanlığın daha etibarlı olması və təhlükəsizlik üçün yeni rəqəmsal yanaşmalar tətbiq edilib. “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusu çərçivəsində konfrans iştirakçıları rəqəmsal texnologiyaların neft-qaz sektoruna, həmçinin onun müasir və gələcək rəqəmsal trendlərinə və əlavələrinə təsiri məsələlərini nəzərdən keçirəcəklər.

Konfransda müzakirələr üç əsas panel sessiyalarda aparılacaq. Tədbirin ilk günündə birinci sessiya - “Keçmiş, bu gün və gələcək” paneli keçirilib. Darrel Lankaster (“Halliburton”) və Favat Kurayşi (“Equinor”) sədrlik etdikləri sessiyanın spikerlər Tyerri Debertrand (“Total”), Ramin İsayev (“SOCAR AQŞ”), Yaşar Lətifov (SOCAR), Luis Kuinterro (“Halliburton”) və Qoxan Sayqi (“Schlumberger”) şirkətlərin tarixi, hazırkı vəziyyəti və informasiya texnologiyalarının gələcəkdə tətbiqinə istiqamətlənmiş fəaliyyətlərindən bəhs ediblər. Xüsusən, SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov “SOCAR: Keçmiş, bu gün və gələcək” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, oktyabrın 17-də konfrans çərçivəsində “Davamlı inkişaf, artım və mənfəət” mövzusunda keçiriləcək ikinci sessiyaya Yaşar Lətifov (SOCAR) və Denis Lemarşal (“Total”) sədrlik edəcəklər. Panel iclasında Nayl Henderson (BP), Zair İbrahim (prezident, Səudiyyə Ərəbistanı, Şimal Körfəzi və Şərqi Aralıq dənizi, “Baker Hughes, a GE Company”), Mixail Krasik (“Total E&P Absheron”), Zaur Məmmədov (Azərbaycan Respublikası Energetika Nazirliyi), Arnd Vilhelms (“Equnior”, neft texnologiyaları üzrə vitse-prezident) çıxış edəcəklər.

Konfransın “Yeni nəslin istedadı və insan amili” mövzusunda keçiriləcək üçüncü sessiyası tədbirin sonuncu günündə təşkil ediləcək. Sessiyaya Xalik Məmmədov (SOCAR) və Emmanuil Okuqbaye (BP) sədrlik edəcəklər. Panel iclasının moderatoru Şouna Nunan (SPE 2020-nin prezidenti, “Occidental Pertoleum”) olacaq. Çıxışçılar Fabris Buşar (“Schlumberger”), Mehriban Eyyubova (BP), Emiliya Məmmədova (“Baker Hughes a GE Company”), Şarlot Payendir (Fransa-Azərbaycan Universiteti).

Konfrans çərçivəsində analoji peşəkar diskussiyalar 12 texniki sessiya üzrə (hər gün 4 texniki sessiya olmaqla) keçiriləcək və onların iştirakçıları tanınmış spikerlərin, o cümlədən “Total”, SOCAR, BP, “Occidental Pertoleum”, TCO, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Schlumberger”, “Halliburton”, “Equnior”, “SOCAR AQŞ”, “Baker Hughes”, “a GE Company” və digər şirkətlərin mütəxəssislərinin çıxışlarını dinləyəcəklər. Qeyri-kommersiya peşə assosiasiyası olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) üzvləri enerji resurslarının hasilatı və işlənməsi ilə məşğuldur. SPE dünyanın 154 ölkəsində 156.000-dən çox üzvə öz xidmətlərini təqdim edir. Onun missiyası ictimai mənfəət gətirən neft-qaz resurslarının və müvafiq texnologiyaların hasilatı və işlənməsi üzrə texniki biliklərin toplanması, yayılması və mübadiləsi, həmçinin mütəxəssislərə texniki və peşə səlahiyyətlərinin artırılması üçün imkan yaradılmasıdır.

Qeyd edək ki, V illik Xəzər Texniki konfransı – SPE 2018-ci ildə Qazaxıstanda keçirilib. Tədbirdə Qazaxıstan Respublikası hökumətini təmsil edən müxtəlif sənaye sahələrindən yüksək ixtisaslı beynəlxalq məruzəçilər, həmçinin iri neft-qaz şirkətlərinin və Xəzər regionunun birliklərinin nümayəndələri iştirak ediblər.

Bakıda keçirilən VI illik Xəzər Texniki konfransı – SPE oktyabrın 18-də öz işinə yekun vuracaq.

Tədbirin platin sponsoru BP şirkəti, gümüş – “SOCAR AQŞ”, bürünc – “Total” və “Worley” şirkətləridir.

Qeyd edək ki, AZƏRTAC konfransın rəsmi media tərəfdaşıdır.

Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər