İQTİSADİYYAT


Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Dekabrın 8-9-da Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçiriləcək forum “MasterCard” tərəfdaşlığı ilə baş tutacaq.

Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.