MƏDƏNİYYƏT
Bakıda “Violino musiqisi axşamı” keçiriləcək
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Violino musiqisi axşamı” keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, eləcə də Xalq artisti, professor Zəhra Quliyeva və şagirdləri çıxış edəcək.
Konsert proqramında solistlər, beynəlxalq müsabiqələr laureatları - Səbinə Quliyeva, Aydan Salamova, Fəridə Rüstəmova, Nəzrin Aslanlı, Xədicə Mirqulamlı, Ləman Əsədova, Çinarə Əzimova və Osman Mustafazadə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]