MƏDƏNİYYƏT


Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub

Bakı, 22 aprel, AZƏRTAC

Ölkəmizdə onuncu dəfədir ki, Mstislav Rostropoviç Festivalı keçirilir. Festivalın bünövrəsində Azərbaycan mədəniyyəti dayanır. Beynəlxalq əhəmiyyətli bu festivalın ilk təşəbbüskarları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç olub. Festival çərçivəsində ölkəmizdə reallaşan konsertlərdə dünyanın əksər ölkələrindən tanınmış ifaçılar iştirak edirlər. Bu il də o ənənə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimində söyləyib.

Nazir çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu vurğulayıb, festivalı Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır. Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət naziri, iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib.

İkihissəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq Betxoven, Pyotr Çaykovski və Yohannes Bramsın əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.