SİYASƏT


Bakıda Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun birinci iclası keçiriləcək

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə birinci iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də xəzəryanı ölkələrin dövlət başçılarının Aktau şəhərində baş tutmuş beşinci Zirvə toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İclasda ölkəmizi Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər Zirvə toplantısının kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrup yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.