MƏDƏNİYYƏT


Bakıda Xurşidbanu Natəvanın özbək dilində tərcümə edilmiş kitabının təqdimatı olub

Bakı, 6 oktyabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın kitabının oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab özbək dilinə özbəkistanlı şairə Şəhla Qasımova tərcümə edib.

Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.

Bildirilib ki, nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan, həm də özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdiyi rəsmlər kitabda öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, akademik Rafael Hüseynovun “Ön söz” yazdığı kitab “Şuşa İli” münasibətilə nəşr edilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.