MƏDƏNİYYƏT


Bakıda Yuri Şatunovun xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək

Bakı, 10 avqust, AZƏRTAC

Bu ilin iyun ayında dünyasını dəyişən əfsanəvi “Laskovıy May” qrupunun solisti Yuri Şatunova həsr olunmuş “Sea Breeze”də çəhrayı axşam” adlı konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da təşkil ediləcək konsertdə Azərbaycan estradasının ulduzları Nadir Rüstəmli, Emin Həsən, Rilaya və başqaları onun ən məşhur hitləri olan “Ağ qızılgüllər”, “Yay isə səmanın rəngidir”, “Boz gecə” mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, “Laskovıy May” qrupunun musiqilərinin sədaları altında bütöv bir nəsil yetişib. Yuri Şatunovun yaradıcılığı həm Rusiyada, həm də Azərbaycanda sevilir. O, qayğısız gəncliyin simvolu və milyonların kumiridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.