İQTİSADİYYAT


Bakıda "Huawei" şirkətinin yeni modelləri təqdim olunub

Bakı, 20 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Sentyabrın 20-də Bakıda "Huawei" şirkətinin istehsalı olan yeni məhsullarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “Huawei-Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun şirkətin fəaliyyəti haqqında məlumat verib.

Cao Zejun bildirib ki, “Huawei” şirkəti korporativ sosial məsuliyyətə daha çox fikir verir, o cümlədən tərəfdaş ölkələrdə IT sahəsində gənc istedadları üzə çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Azərbaycan hökuməti informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayırır və bu prosesdə “Huawei” də iştirak edir. "Huawei" Azərbaycanda reallaşdırılan bir çox layihədə tərəfdaş qismində iştirak edir.

Daha sonra “Huawei-Azərbaycan” şirkətinin satış meneceri Elşən Abdulrəhimov şirkətin yeni məhsulları - Huawei P10 və P10 Plus haqqında təqdimatla çıxış edib.

Sonda tədbirin iştirakçıları arasında keçirilmiş lotereya qaliblərinə “Huawei” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.