ELM VƏ TƏHSİL


Bakıda "İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Fransanın Sofia-Antipolis Universitetinin hüquq və siyasi elmlər fakültəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi, mədəni müxtəliflik və milli identiklik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş ABŞ, Fransa, Mərakeş, Misir, Pakistan, Qazaxıstan və digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələri, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Milli Məclisinin deputatı Bəxtiyar Əliyev iştirak ediblər.

Fəlsəfə İnstitutun direktoru, professor İlham Məmmədzadə 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini bildirib, onun regional və qlobal dünyəvi əhəmiyyətindən söz açıb, sülhün, əməkdaşlığın və həmrəyliyin bərqərar olmasında mühüm rolunu diqqətə çatdırıb.

“İslam həmrəyliyi, mədəni məxfilik və milli identika" mövzusunda çıxış edən fransalı alimlər Kristian Vallar “İslam və Respublika”, Ksavye Latur “Fransız olmaq”, Poline Türk “Dil identiklik: Fransada və Azərbaycanda azlıqların statusu”, Klodin Terrazzoni-Biblok “Respublika və İslamın bölünməzliyi” məsələlərinə toxunub, müasir dövrdə İslam həmrəyliyinin əhəmiyyətini və böyük maraq doğurduğunu qeyd ediblər.

Konfransda professor Zümrüd Quluzadə, Fəlsəfə İnstitutu direktorunun müavini Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Fizuli Qurbanov, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək İslam həmrəyliyi təcrübəsində milli dəyərlərin yeri və əhəmiyyətindən, eləcə də İslam həmrəyliyinin mənəvi əsaslarından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.