Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda "WorldFood Azerbaijan 2017" və "CaspianAgro 2017" sərgiləri keçirilir VİDEO

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgiləri açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır. Son 4 ayında kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artdığını bildirən nazir son illər aqrar sektorun yeni simasının formalaşdığını, aqrar sektorun artıq özünün ixrac qabiliyyətini sübut etməyə başladığını qeyd edib. Bildirilib ki, bugünkü sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir, şirkətlərin 70 faizini xarici eksponentlər, 30 faizini isə yerli şirkətlər təşkil edir. Nazir diqqətə çatdırıb ki, Niderland Krallığı sərgidə tərəfdaş qismində çıxış edir. Kənd təsərrüfatı sahəsində bizimlə əməkdaşlıq edən 5 ölkə sərgidə xüsusi stendlə çıxış edir.

Qloballaşan və əhalisi sürətlə artan dünyada ərzaq təhlükəsizliyi və qida təminatının həyata keçirilməsinin müasir dövrün ən aktual problemlərindən biri olduğunu deyən nazir vurğulayıb ki, müasir dünyada beynəlxalq forumların, siyasi dairələrin görüşlərinin əsas diskussiya mövzusu ərzaq təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Çünki ərzaq təhlükəsizliyi yalnız qida təminatı deyil, eyni zamanda, sosial həyat tərzidir. Beynəlxalq hesablamalara görə, hazırda dünya əhalisinin 900 milyona yaxını ərzaq təhlükəsizliyindən əziyyət çəkir.

Çex Respublikası kənd təsərrüfatı nazirinin müavini İrji Şir qeyd edib ki, ölkələrimiz arasında gözəl ənənəyə çevrilmiş tarixi əlaqələr mövcuddur. Hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın, eləcə də ənənəvi dostluq münasibətlərinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bu sərginin region üçün böyük əhəmiyyətə malik tədbirlərindən biri olduğunu deyən "ITE Group" şirkətinin icraçı direktoru Edvard Stroon məlumat verib ki, bu il iştirak edən 70 faiz xarici şirkətlərin yarısı ilk dəfədir sərgiyə qatılır. Təmsil etdiyim şirkət artıq 23 ildir ki, dünyanın müxtəlif yerlərində irimiqyaslı sərgilərin keçirilməsinə müvəffəq olub. Sərginin uğurla keçirilməsi Azərbaycan hökumətinin iqtisadiyyatının şaxələndirilməsi, ölkədə ərzaq təminatının inkişafı və ölkənin ixrac potensialını və imkanlarını artırmaq məqsədlərini daşıyır. Bu il sərgiyə ilk dəfə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da qoşulub.

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov sərgi ilə tanış olub.

Qeyd edək ki, "WorldFood Azerbaijan 2017" sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Rusiyanın Stavropol diyarı tədbirdə regional stendlə iştirak edəcək. Polşanın Azərbaycandakı səfirliyi isə sərgidə Polşa Respublikasının ixrac potensialını təqdim edəcək. Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçılarının qrupuna rəhbərlik edən "Şri-Lanka Ti Bord" Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı "Belarus" mağazalar şəbəkəsi sərgidə debüt edir.

"Made in Azerbaijan" brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları – "Azersun Holding", "Gilan Holding", "Metak" şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə "Amoris" və "Buta Group" şirkətlərinin timsalında təmsil olunurlar. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən "Bal Xurma" şirkəti, "Sem-Az" (laboratoriya avadanlıqları) və "Enes" (qablaşdırma) şirkətləri yer alır.

"WorldFood Azerbaijan 2017" sərgisinin iştirakçıları bir sıra sektorlar üzrə öz məhsullarını təklif edirlər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq "WorldFood Azerbaijan" sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – vorkşop təşkil edilir. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribüterlərdir. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcəklər.

"WorldFood Azerbaijan" sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il "Ipack Caspian 2017" iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənib. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər.

Qida sənayesinin sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olacaq. "WorldFood Azerbaijan" və "Ipack Caspian" sərgilərinin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən "ITE Group" şirkətinin tərəfdaşlar şəbəkəsi – "ITE London", "EUF" (Türkiyə), "Сaspian Event Management" (BƏƏ), "ITE China" (Çin), "ITE Poland" (Polşa) şirkətləri cəlb olunub.

XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Son illər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur. Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "CaspianAgro" sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.

"CaspianAgro 2017" sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribüterlərini bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri-Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Ciangşi vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderland Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Tədbirin qeydiyyat sponsoru "Maschio Gaspardo" şirkətidir.

Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada "Gəncə Avtomobil Zavodu", "Azertexnika", "Klever", "Rostselmaş", "Qomselmaş", "Cansa", "John Deer", "ASENA KO", "Amcodor" və digər istehsalçı və distribüterlərin müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Bu sektorlarda xarici istehsalçılarla yanaşı, "Made in Azerbaijan" brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları sərginin daimi iştirakçılarından olan yerli şirkətlər ("Agrosell", Gəncə Avtomobil Zavodu, "Kaspi Yıldız" və s.), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edirlər. Sərginin builki debütantları arasında "Asena Ko", "D.Fruits", "Binе Agro", "Buzovna Shitili" və "Azdynamics" kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında: çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaycan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya),"Qala" sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il "CaspianAgro" sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq "CaspianAgro" sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində "Iteca Caspian" və "CEO" ("Caspian Event Organisers") şirkətləri çıxış edirlər.

Sərgi mayın 19-dək davam edəcək.

Bakıda "WorldFood Azerbaijan 2017" və "CaspianAgro 2017" sərgiləri keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb