İDMAN


Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib

Bakı, 26 may, AZƏRTAC

Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu – üçüncü gününə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gənc gimnastlar mübarizə aparırlar. Gimnastlar fərdi qadın və kişi, qarışıq cütlüklər, üçlüklər, qrup, aerodans proqramında medallar uğrunda yarışırlar. Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komandamız aerodans proqramında birincilik uğrunda mübarizə aparırlar.

Daha sonra böyük gimnastlar medallar uğrunda güclərini sınayacaqlar. Fərdi qadın və kişi, qarışıq cütlüklər, üçlüklər, qrup, aerodans yarışlarında gimnastlarımız iki finalda mübarizə aparacaqlar. Belə ki, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayevadan ibarət komandamız aerodans proqramında çıxış edəcək. Qrup komandamız da qitə birinciliyinin finalında yer alır.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.