ELM VƏ TƏHSİL


Bakıda ailə və uşaq psixologiyası sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Narınc Uşaq Psixologiya Mərkəzinin (NUPM) birgə təşkilatçılığı ilə ikinci beynəlxalq ailə və uşaq psixologiyası konfransı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, GAMŞ-in sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, “E.N.M” Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və başqaları ailə və uşaq psixologiyası sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində müzakirələrin aparılması baxımından konfransın əhəmiyyətini qeyd ediblər.

İki gün davam edən konfransda NUPM-in rəhbəri, psixoloq Narınc Rüstəmovanın “Uşaqlarımızı böyüdərkən etdiyimiz səhvlər”, türkiyəli psixoloqlar Demet Bozokun “Uşaq şəkil analizi təhsili”, Mehmet Ongunun “Autizmli uşaqlarda dil və nitq terapiyası”, Tanju Ekincinin “Ailə münasibətlərində qarşıdurmalar və onların həll yolları” və Oytun Erbaşın “Sevgi və əlaqə nevrologiyası” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.