İDMAN


Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib.

Azərbaycan Alpaqut Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, seminarda respublikanın bütün regionlarından 100-dən artıq məşqçi, idmançı və hakimlər iştirak ediblər. Alpaqut döyüş sənətinin qurucusu kutsan Vasif Namazov tərəfindən keçirilən seminar alpaqut idman növündə nizam qaydaları, təlim metodunda əsas prinsiplər, yarış qaydalarında vacib məqamlar, terminaloji dəyişikliklər, təlimatçıların inkişaf metodlarına həsr olunub. Seminarın təşkilində əsas məqsəd türksoylu xalqların qədim döyüş mədəniyyətinin öyrənilməsi, ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin, məşqçilərin və hakimlərin peşə bacarıqlarının artırılması olub.

Seminar iştirakçılarına sonda sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.