İDMAN


Bakıda alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarına start verilib

Bakı, 25 noyabr, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.

Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparır.

Yarışlar alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.