Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir YENİLƏNİB 2 VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva forumun açılış mərasimində iştirak edib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak ediblər.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə keçirilən forumda çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ətraf mühitin qorunması, təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verən çoxsaylı təşəbbüslərlə yanaşı, ADA Universitetində keçirilən beynəlxalq tədbirlərdə məmnuniyyətlə iştirak edir”.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu cür əhəmiyyətli beynəlxalq forumun ölkəmizdə keçirilməsi Azərbaycanın bütün əməkdaşlıq sahələri üzrə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiqləyir: “Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən aktual məsələlərdən birinə çevrilib. Qeyri-neft sektorunun önəmli bir sahəsi olan aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır. İxracda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı yüksəlib”.

Nazir deyib ki, aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib: “Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Müəyyənləşən vəzifələrə uyğun olaraq fəaliyyət prinsiplərimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqini əsas götürürük. Sevindirici haldır ki, dövlətin göstərdiyi diqqət nəticəsində qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub. Ölkədə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq”.

İ.Kərimov qeyd edib ki, bu forum fermerlərə belə innovativ yeniliklərlə tanış olmaq imkanı verir: “Tədbir, eyni zamanda, təcrübə mübadiləsi aparmaq üçün yeni platforma rolunu oynayır. Belə bir forumun keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya təşəkkür edirəm. Hesab edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək”.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşə bilər. Türkiyədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək: “Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsullarla, texnoloji yeniliklərlə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov qeyd edib ki, ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və rasional qidalanmasının təmin edilməsi diqqətdə saxlanılır: “Kənd təsərrüfatı iqtisadiyyatın mühüm sahəsidir. Aqrar sektor nə qədər inkişaf etsə də, biz ekoloji tələbləri gözləməli, ekosistemi qorumalıyıq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirdiyi ekoloji layihələr xüsusi olaraq qeyd edilməlidir”.

A.Əmiraslanov deyib: “Bu gün aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Aqrar sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr, prinsiplər və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o, dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində, yoxsulluğun azaldılmasında, ən əsası isə sosial problemlərin həllində və ərzaq təminatında xüsusi rol oynayır. Məhz bu amillərə görə ölkə başçısı aqrar sahəyə həssaslıqla yanaşır, kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxır”.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi qeyd edib ki, kənd təsərrüfatı son yarım əsrdə çox ciddi texnoloji yeniləşmə dövrü keçib: “Hazırda müasir kənd təsərrüfatı mürəkkəb və bahalı texnologiyalara əsaslanan, eyni zamanda, böyük investisiyalar tələb edən istehsal sahəsinə çevrilib. Yeni bitki sortlarının tətbiqi, mütərəqqi suvarma sistemlərinin istifadə edilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi yaşıl inqilabın əsas istiqamətləridir. Bu istiqamətdə ölkəmizdə də mühüm addımlar atılıb. Lakin hələ görüləcək xeyli işlər var. Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri aqrar sahədə yeni texnologiyaların geniş tətbiqi, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması, yer səthinin müşahidə peykinin imkanlarından həm ekoloji siyasətin, həm də aqrar siyasətin məqsədləri üçün geniş istifadə edilməsindən ibarətdir. Rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi məqsəd deyil, vasitədir. Bu, məhsuldarlığın yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin daha səmərəli təşkil edilməsinin vasitəsidir. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək”.

Energetika naziri Pərviz Şahbazov isə deyib: “Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı və energetika sahələrində də beynəlxalq təcrübəyə uyğun islahatların aparıldığı bir dövrdə bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bugünkü forumun əsas məqsədi aqrar və energetika sahələrinin gələcəyi, aqrar sahədə yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin tətbiqi kimi aktual mövzular ətrafında fikir mübadiləsinin aparılmasından, bu sahədə qabaqcıl təcrübəyə və dünyada müşahidə olunan trendlərə nəzər salmaqdan ibarətdir. Azərbaycan enerji siyasətini yeni çağırışlara uyğunlaşdıraraq, enerji təhlükəsizliyi məsələsinə çoxşaxəli yanaşır”.

Nazir bildirib ki, bu gün ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizə yaxındır: “Lakin bizdə bərpaolunan enerji mənbələrinin potensialı daha yüksəkdir. Təxminən 25 geqavat həcmindədir və yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi planlaşdırılır. Hazırda bərpaolunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması və enerji səmərəliliyi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri sənayesinin inkişafına təkan vermək, bazarını yaratmaq, rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq ekspertlərin dəstəyi ilə “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu yaşıl enerjinin kənd təsərrüfatı sektorunda da geniş istifadəsinə şərait yaradacaq. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinə başlanılıb. Bərpaolunan enerji sahəsində özəl sektorun iştirakı üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində addımlar atılır. Bu sahədə ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr aparılır, işçi qrupları yaradılıb. Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə “Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirilir”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, forum aktual mövzuya həsr olunub və BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası baxımından da olduqca əhəmiyyətlidir: “Bu gün ölkəmiz yeni inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır. Ölkədə ixrac potensialının gücləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Qəbul olunmuş Strateji Yol xəritələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapmaqdadır. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən çox islahat aparan dövlətləri siyahısına daxil edilib”.

Nazir qeyd edib ki, dünyada iqtisadiyyatın inkişafında yüksək texnologiyaların, innovasiyaların rolu ildən-ilə artır. Azərbaycan da bu məsələlərə xüsusi diqqət yetirir. Ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə informasiya ehtiyatları və sistemləri yaradılıb və bu proses davam etməkdədir: “Bununla bərabər kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi imkanları daha da genişdir. “Əşyaların interneti”, dronlar, “Big Data” texnologiyaları bu sektoru yeni mərhələyə aparır. Bir çox ölkələrdə məhsuldarlığın, məhsulun keyfiyyətinin artırılmasında “Əşyaların interneti” mühüm rol oynayır. Dronların tətbiqi isə fermerlərə istənilən yerdən əkin sahələrinə nəzarət etmək imkanı verir. Bu texnologiyaların tətbiqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz töhfəsini verə bilər”.

“Nazirliyin tabeliyindəki İnnovasiyalar Agentliyi vasitəsilə aqrar sahədə fəaliyyət göstərən sahibkarların (fermerlərin) müasir texnologiyaları əldə etməsi və mənimsəməsi, həmçinin aqrar sahədə yüksək texnologiyaların tətbiqini nəzərdə tutan innovativ layihələrin, o cümlədən startapların maliyyələşdirilməsi istiqamətində geniş əməkdaşlıq perspektivləri var. Biz aqrar sahə üzrə informasiya ehtiyatları və sistemlərinin, böyük həcmli informasiyaların intellektual analizi üçün nazirliyin regionda yeganə TIER 3 səviyyəli data mərkəzinin xidmətlərindən istifadə edilməsini təklif edirik. Bundan əlavə, nazirliyin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində yaradılacaq “Əşyaların interneti” laboratoriyasının imkanlarından istifadə etmək olar. Mərkəzdə aqrar sahədə yüksək texnologiyaların tətbiqi üzrə kadr hazırlığına dəstək vermək məqsədilə müxtəlif təlimlərin təşkili də əməkdaşlıq istiqaməti ola bilər. Bu forum, yeni əməkdaşlıq platformalarının yaranmasına, ölkəmizdə aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı və Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, İnnovasiya Agentliyinin birgə səyləri nəticəsində “Agrotech” klasterinin formalaşdırılmasına və inkişafına böyük töhfə verəcək”, - deyə R.Quluzadə əlavə edib.

Forum çərçivəsində yaşıl texnologiyalara həsr olunan sərgi də nümayiş etdirilib. Burada yeni innovativ ekosistemlər, yaşıl texnologiyalar və onların tətbiqi ilə hazırlanan məhsullar sərgilənir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır. İki gün davam edəcək forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur. Həmçinin “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər