İQTİSADİYYAT


Bakıda asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib

Bakı, 6 may, AZƏRTAC

Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib.

Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir. Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırılma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.