CƏMİYYƏT


Bakıda atışma nəticəsində xəsarət alanların adları məlum olub -  YENİLƏNİB VİDEO

Bakıda atışma nəticəsində xəsarət alanların adları məlum olub -    YENİLƏNİB  VİDEO

Bakı, 10 mart, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda atışma olub, xəsarət alan var.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

15:04

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.