CƏMİYYƏT


Bakıda atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Bakı, 27 yanvar, AZƏRTAC

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, yanvar ayı ərzində Bakının Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

G.Abbasova qeyd edib ki, yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb.

Xidmət rəsmisinin sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı olub. Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.