CƏMİYYƏT


Bakıda avtobus qəzaya uğrayıb

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün diqqətsizliyi səbəbindən baş verib. Hadisənin başvermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.