CƏMİYYƏT


Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı, 9 aprel, AZƏRTAC 

Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.