CƏMİYYƏT


Bakıda aylıq normadan çox yağıntı düşüb

Bakıda aylıq normadan çox yağıntı düşüb

Bakı, 2 aprel, AZƏRTAC

Yağıntıların qeyri-bərabər paylanması, uzun çəkən azyağıntılı dövrdən sonra yağıntının bir gündə aylıq normanı üstələməsi halları son illərin səciyyəvi tendensiyasına çevrilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev AZƏRTAC-a bildirib ki, aprelin iki günü tamamlanmamış artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb. Ümumilikdə 36 millimetrlik miqdarla aylıq norma 152 faizə çatıb ki, bu da son 21 ildə ən yüksək göstəricidir.

R.Verdiyev bildirib ki, sonuncu dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 millimetr yağıntı düşüb. Bu da aylıq normanın 113 faizini təşkil edib. Regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.