İDMAN


Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir

Bakı, 26 noyabr, AZƏRTAC

Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - noyabrın 26-da 8 dəst medal sahibini tapacaq. Turnirin ikinci günündə 15-16 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 11-12 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 17-21 yaş qrupunda tamblinqdə, 13-14 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.

Yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.