İDMAN


Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışı davam edir VİDEO

Bakı, 17 fevral, AZƏRTAC

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə 30 ölkədən 160-dan artıq atlet birincilik uğrunda mübarizə aparır.

Turnirin ikinci günündə batut gimnastikasının fərdi və sinxron növləri, həmçinin tamblinq üzrə final yarışları keçirilir. Tamblinq yarışlarında Azərbaycan idmançısı, Avropa çempionu Mixail Malkin medallar uğrunda mübarizə aparır.

2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan batut gimnastikası üzrə 8 dünya kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutan yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.