İDMAN


Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılışında Azərbaycanın sevilən ifaçıları çıxış edəcəklər

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 16-22-də Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlar tam sürətlə davam edir.

Təşkilatçılar gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş açılış mərasiminə bu dəfə də xüsusi yaradıcılıqla yanaşıblar. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şounun nümayişi ilə yanaşı, Azərbaycanın sevilən ifaçılarının iştirakı nəzərdə tutulur. Məşhur müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov öz ifası ilə tamaşaçıları sevindirəcək. Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva isə dövlət himnimizi akapella şəklində ifa edəcək.

Açılış mərasimində dünya çempionatının ulduz səfiri, Azərbaycanın Əməkdar artisti Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Xatırladaq ki, bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi sentyabrın 16-da Milli Gimnastika Arenasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.