İDMAN


Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir

Bakı, 9 may, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə - mayın 9-da gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayacaqlar.

Azərbaycanı turnirdə təmsil edən Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova lentlə final yarışında mübarizə aparacaq. Avropa çempionatının üçqat medalçısı, “Tokio-2020”yə lisenziya qazanan qrup hərəkətləri komandamız isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlə final yarışında xalça üzərinə çıxacaq.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.