İDMAN


Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları start götürüb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 25 qrup komandası və 70-dən çox gimnast çıxış edəcək.

Yarışların birinci iki günündə təsnifat mərhələləri keçiriləcək və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Turnirin birinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa və topla, komandalar isə beş topla hərəkətlərdə yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.