MƏDƏNİYYƏT


Bakıda beynəlxalq dərəcəli fotoqrafın sərgisi açılacaq

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 19-dan 21-dək Bakıda “Qalereya 1969”da “Photo magic of stars” fotosərgi açılacaq və “Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək.

Fotoqraflar Birliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə beynəlxalq dərəcəli, foto sahəsində uğurlar qazanmış əlli müəllifin işləri nümayiş olunacaq.

Sərgi iştirakçıları “Beynəlxalq Foto Birliyi”nin üzvləri ilə yaxından tanış olmaqla yanaşı, GPU haqqında bilgilər əldə etmək imkanı da qazanacaqlar.

Məqsəd gələcəkdə Azərbaycan fotoqraflarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakını təmin etmək, yaradıcılıq mübadiləsinə nail olmaq, milli mədəniyyətin təbliğinə dəstək verməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.