İDMAN


Bakıda beynəlxalq həmrəylik çempionatının ikinci günündə 7 tennisçimiz mübarizə aparıb

Bakı, 24 iyul, AZƏRTAC

Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə - iyulun 24-də şəxsi yarışlarda 7 tennisçimiz mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin iki üzvü mərhələ adlayıb. Belə ki, qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub – 6:0, 6:0.

Millimizin üzvlərindən Ülviyyə Süleymanova, Züleyxa Səfərova, Rəsul Qocayev, Orxan Manaflı və Samir Qafarov isə fərdi yarışlarda mübarizəni dayandırıblar.

İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.

Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, “BİR” Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, “Coca-Cola” və “Toyota” şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.