ORDU
Bakıda beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən seminarda çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova iştirakçıları müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları ilə tanış edib.
Görüşdə şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi barədə məlumat verilib.
Tədbirdə qurumun fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub.