MƏDƏNİYYƏT


Bakıda beynəlxalq kitab bağışlama günü qeyd edilib

Bakı, 14 fevral, Zərəngiz Mansurova, AZƏRTAC

Nəsimi rayonundakı 35 nömrəli tam orta məktəbdə 14 fevral - Beynəlxalq kitab bağışlama gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi ilə birgə reallaşdırılıb.

Bildirilib ki, tədbirin məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçik yaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdan ibarətdir.

Bu günün tarixi barədə məlumat verən natiqlər deyiblər ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.

Tədbirdə uşaq yazıçıları Gülzar İbrahimova, Qəşəm İsabəyli və başqaları uşaqlarla görüşərək onlara öz kitablarını hədiyyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.