MƏDƏNİYYƏT


Bakıda beynəlxalq rəqs müsabiqəsi keçiriləcək

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsi keçiriləcək.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, 10 ölkənin təmsil olunacağı müsabiqənin təntənəli açılış mərasimi iyunun 25-də Heydər Əliyev Sarayında reallaşacaq. Müsabiqənin birinci və ikinci turu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Müsabiqəyə iyunun 27-də sözügedən məkanda gerçəkləşəcək qala-konsert ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.