Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb VİDEO

Bakı, 11 sentyabr (AZƏRTAC, M.Əlioğlu, M.İsayev). Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin müdafiə nazirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisinin açılması münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri salamladı.

Nazir diqqətə çatdırdı ki, sərginin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Respublikamızın müharibə şəraitində olması nəzərə alınaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası uğurlu inkişaf yolu keçib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizdə güclü iqtisadi və hərbi potensialın formalaşması ilə nəticələnib.

Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib.

Nazir son illərdə ölkəmizin müdafiə sənayesinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb. Milli Ordumuzun müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bu gün ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir.

Qeyd edilib ki, “ADEX 2014” sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir. Bu, bir daha sübut edir ki, 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi ötən müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Müxtəlif ölkələrin hərbi sənaye kompleksləri ilə əməkdaşlıq əlaqələrinin qurulması artıq öz bəhrəsini verməkdədir. Hazırda ölkəmizdə doqquz yüz adda müxtəlif hərbi təyinatlı məhsul istehsal edilir.

Y.Camalov vurğulayıb ki, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hərbi texnika, silah, döyüş sursatları istehsal edən müəssisələrimizin tamamilə yenidən qurulmasına imkan yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə qabaqcıl dünya və NATO standartlarına cavab verən məhsullar istehsal edilir.

Müdafiə sənayesi naziri sonda diqqətə çatdırıb ki, “ADEX 2014” sərgisi iştirakçılar arasında yeni əməkdaşlıq sahələrini müəyyən edəcək, əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirirlər. “ADEX 2014”də Azərbaycan, Türkiyə, Polşa, İsrail və Belarus ekspozisiyalarının miqyası ilə fərqlənirlər.

Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkəti, təşkilati tərəfdaşları isə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləridir. Sərginin qızıl sponsoru qismində Türkiyənin “Roketsan” şirkəti çıxış edir. “ADEX 2014” sərgisinə olan böyük maraq beynəlxalq aləmdə Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiq edir.

“ADEX 2014”də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirilir.

Sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.

Sərgi sentyabrın 13-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər