Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusunda konfrans keçirilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik kimi ümumbəşəri prinsiplər əsasında formalaşdırılan Azərbaycanın Ombudsman təsisatı bu gün üzərinə düşən vəzifələrin icrası istiqamətində uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində vəzifələrə malik Ombudsman təsisatının tam müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılıb.

Azərbaycan Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi 20 illik fəaliyyəti dövründə daim ölkə rəhbərliyinin dəstəyini və qayğısını hiss edib”.

Ombudsman bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar çərçivəsində ölkəmizin iqtisadi potensialının və hərbi qüdrətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində uğurlu addımlar atılıb, 30 il erməni işğalı altında olan torpaqlarımız 2020-ci ildə Vətən müharibəsində azad edilib.

“Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlər barədə beynəlxalq təşkilatlara çağırışlar edilib və bu istiqamətdə digər işlər görülüb. Uzun illərdir hüquqları pozulan vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə qayıtmalıdır. Amma Ermənistanın mina terroru nəticəsində bu proses ləngiyir. Mina xəritələrinin ölkəmizə verilməsi üçün beynəlxalq ictimaiyyətə müraciətlər edilib”, - deyə S.Əliyeva vurğulayıb.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, biznes və insan hüquqları sahəsində problemlərin araşdırılması prioritetlərdəndir. Ombudsman Aparatı yaradıldığı ildən bəri insan hüquqlarının qorunması sahəsində ciddi işlər görüb. Ölkəmizin biznes sahəsində uğurları artmaqda davam edir. Azərbaycan Ombudsman təsisatı beynəlxalq təşkilatlarla da faydalı əməkdaşlıq edir.

Komitə sədri konfransın biznes və insan hüquqları sahəsində faydalı olacağına əminliyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial və məşğulluq sahəsində insan hüquqlarının qorunması vacib istiqamətdir.

Nazir qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə son 3 il ərzində Azərbaycanda üç böyük sosial islahat paketi həyata keçirilib. Sosial paket çərçivəsində vətəndaşlarımızın sosial hüquqları ciddi şəkildə genişləndirilib və 4 milyona yaxın insanı əhatə edib.

"Bu gün Azərbaycanda həm sosial, həm də məşğulluq göstəriciləri dinamik şəkildə artır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, regionun iqtisadiyyatına inteqrasiyası qarşıda duran əsas vəzifələrdəndir.

Məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlanmanın başlanması əsas hədəflərdəndir. Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", “ASAN xidmət” mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Şuşaya köçəcək insanlar üçün də bu işlər görülür. Bu xidmətlər regional mərkəzlər vasitəsilə Ağdam, Tərtər və digər ərazilərdə də göstəriləcək”, - deyə nazir vurğulayıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib ki, müxtəlif qurumlar arasında şəffaflığın artırılması, eləcə də vətəndaş cəmiyyətinə nəzarət istiqamətində ciddi işlər həyata keçirilir. İnsan hüquqları sahəsində ölkəmiz beynəlxalq təşkilatlarda da fəal işlər görür.

O bildirib ki, insan hüquq və azadlıqlarının biznes sahəsində təmin olunması xüsusilə diqqətdə saxlanılır.

Elnur Məmmədov deyib: "Məcburi köçkünlərin problemləri ölkəmizə mənfi təsir edib. Amma 2020-ci ildən sonra Azərbaycan öz torpaqlarını geri qaytardı. Bundan sonra aparılan proseslərdə ərazilərdə canlanma başladı. Qarabağın və Şərqi Zəngəzurun bərpası ölkənin əsas prioritetlərindəndir. Amma Ermənistan mina xəritələrini təhvil vermir, bu da bərpa işlərini ləngidir”.

Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, Ombudsman Aparatı təkcə problemləri həll etmir, eyni zamanda, hüquq pozuntularını ictimailəşdirir, icmallaşdırır.

Azərbaycan Sahibkarlar Konfederasiyası uzun illərdir Ombudsman Aparatı ilə qarşılıqlı faydalı əməkdaşlıq edir. Əməkdaşlıqda əsas məqsəd sahibkarların hüquqlarının müdafiəsidir.

Məmməd Musayev qeyd edib ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması əsas məqsədlərdəndir.

ASK prezidenti bildirib ki, Konfederasiya sahibkarların hüququnu qorumaq üçün təkmil struktur formalaşdırıb. Sahibkarların fərdi müraciətləri iclaslarda müzakirə ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: “Biznes sektoru iqtisadi artımın yaradılması, yoxsulluğun azaldılması və qanunun aliliyinə tələbin artırılması baxımından mühüm qüvvə hesab olunur. Əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasında dövlət tərəfindən müxtəlif güzəştlərin həyata keçirilməsi ilə yanaşı, sahibkarların hüquqlarının və marağının effektiv təminatı mühüm amillərdən biridir. Bu baxımdan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də KOB subyektlərinin qanuni mənafelərinin qorunması ilə bağlıdır”.

Orxan Məmmədov bildirib ki, sahibkarların məmnunluğunun artırılması, fəaliyyətinin asanlaşdırılması və hüquqlarının müdafiəsinə dəstək göstərmək üçün digər bir önəmli mexanizm kimi KOB evlərini də qeyd etmək olar: "Hazırda iki regionda KOV evi fəaliyyət göstərir. Yaxın zamanlarda daha geniş funksional imkanlara malik olacaq “Bakı KOB evi”nin istifadəyə verilməsi gözlənilir".

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimiz 11 784 kvadratkilometrdir: “Bu, təxminən Livanın ərazisi ilə müqayisə oluna bilər. Ən böyük problemimiz böyük sıxlıqda olan minaların ərazilərimizdə basdırılmasıdır. Ermənistan xəritələri dörd mərhələdə Azərbaycana təqdim edib. Bunların, sadəcə, 20 faizi dəqiq idi”.

O bildirib ki, verilmiş mina xəritələri keçmiş təmas xəttinə aid idi. 148 min hektar mina ilə çirklənmiş ərazilərimiz var. Bəzi yerlərdə 1 kvadratmetrdən 8 mina çıxarılıb. Ermənistan heç bir hərbi əhəmiyyəti olmayan yerləri minalayıb. Belə ki, qəbiristanlıqlarda, su kanallarının yaxınlığında, bağlarda ermənilər tərəfindən minalar basdırılıb. Birinci Qarabağ müharibəsindən sonra 3342 nəfər minalardan zərər çəkib. Onlardan 357-si uşaq, 38 isə qadındır.

Konfrans çərçivəsində Azərbaycan və Mərakeş ombudsmanları, həmçinin ölkəmizlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Konfrans sessiyalarla davam edib.

Birinci sessiyada ombudsman və milli insan hüquqları təsisatlarının iqtisadi, sosial hüquqların müdafiəsində rolu mövzusunda çıxışlar edilib.

İkinci sessiyada isə BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrasına dair mövcud təşəbbüs, imkan və problemlər mövzusunda müzakirələr aparılıb.

Konfransın sonuncu sessiyasında ombudsmanlar və milli insan hüquqları təsisatlarının biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarına dair şikayətlərin monitorinqi, qəbulu və pis idarəetmə ilə mübarizədə rolu mövzusunda fikir mübadiləsi olub.

Beynəlxalq konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honkonq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təşkilatlarının rəhbərləri və əməkdaşları, beynəlxalq qurumların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Milli Məclisin deputatları, QHT və media təmsilçiləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, konfransın əsas məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahələrində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, eyni zamanda, biznes və insan hüquqları sahəsində mövcud tendensiyalar, çağırışlar haqqında müzakirələr aparmaq, bu sahədə müsbət ölkə təcrübələrini bölüşməkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikili sökülüb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür