İQTİSADİYYAT


Bakıda çağrı mərkəzləri üzrə tətbiq olunan yeniliklərə dair müzakirələr aparılıb

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindəki İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə sistem inteqratoru “Kibrit.tech” MMC tərəfindən “Müasir çağrı mərkəzlərinin təşkili” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın təşkilində məqsəd çağrı mərkəzlərinin fəaliyyətinin qurulması sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir. Tədbirə müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri qatılıblar.

“Kibrit.tech” MMC-nin layihələr üzrə mütəxəssisi Rauf Əliyev bildirib ki, müxtəlif şirkət və qurumlarda çağrı mərkəzlərinin işinin düzgün təşkil edilməsi, mərkəzlərin təşkili üçün lazım olan alətlərin az şəkildə istifadəsi üzrə məlumat və təcrübə mübadiləsini keçirmək niyyətindəyik.

Konfransda Vergilər Nazirliyi çağrı mərkəzinin, “Digital Services Company” MMC-nin, “AVAND Technology” MMC-nin və “Tandem” MMC-nin müştəri xidmətləri üzrə mütəxəssisləri çıxış ediblər.

Çıxışlarda çağrı mərkəzlərinin müsbət rolundan danışılıb, onların düzgün və peşəkar şəkildə təşkilinin vacibliyi vurğulanıb. Çıxışçılar, eyni zamanda, bu sahədə tətbiq olunan yenilikləri diqqətə çatdırıblar.

Sonda “Kibrit.Tech” MMC tərəfindən çağrı mərkəzlərinin işinin düzgün qurulması üçün vacib alət olan “Orangeline” çağrı mərkəzi idarəetmə sistemi nümayiş etdirilib.

Konfrans iştirakçıları canlı rejimdə daxil olan müraciət və sorğuların real vaxtda qəbul, qeydiyyat və emalı prosesini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.